Keniya hava limanının administrasiyası Mavriki-Paris reysini həyata keçirəcək “Air France”yə məxsus təyyarədə partlayıcı maddə aşkarlandığını təsdiqləyib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, şübhəli əşya ayaq yolunda tapılıb.
Keniyalı ekspertlər Momasa şəhərinin hava limanında olan təyyarədə bomba aşkarlayıblar. Mütəxəssislər bombanı hava limanı ərazisindən kənardakı təhlükəsiz ərazidə partladıblar.Təyyarənin göyərtəsində 459 sərnişin, 14 ekipaj üzvü olub. Parisə uçacaq təyyarə Mambasedə təcili eniş edib. Sonradan hava limanına xüsusi ekspertlər gəlib. Təyyarədəkilə evauiasiya ediliblər. Polis əməkdaşları şübhəli bilinən iki sərnişini saxlayıblar.