Modern.az

İsrail Suriyanı bombaladı: “Hizbullah” üzvü öldü

İsrail Suriyanı bombaladı: “Hizbullah” üzvü öldü

Dünya

20 Dekabr 2015, 18:48



Suriya hakimiyyəti İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin yaxınlığındakı Caramana şəhərinə aviasiya zərbəzi endirməsini terror aktı adlandırıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, zərbə nəticəsində əvvəllər 4 İsrail vətəndaşını öldürdüyü üçün ömürlük azadlıqdan məhrum edilərək 29 il İsraildə həbsxanada oturan və 2008-ci ildə bu ölkə ilə “Hizbullah” arasında əsirlərin dəyişdirilməsi çərçivəsində azad edilən təşkilatın üzvü Samir Kantar ölüb.

Rəsmi Dəməşqlə ittifaqda olan Livanın “Hizbullah” hərəkatı Kantaranın öldürülməsini təsdiqləyərək buna görə məsuliyyətin İsrail hakimiyyətinin üzərinə düşdüyünü bəyan edib.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI