Modern.az

İraq ordusu Ramadi şəhərini azad etmək üçün əməliyyata başlayır

 İraq ordusu Ramadi şəhərini azad etmək üçün əməliyyata başlayır

Dünya

20 Dekabr 2015, 21:35

İraq Silahlı Qüvvələri Ramadi şəhərinin mərkəzinin azad edilməsi üçün irimiqyaslı hərbi əməliyyata başlayır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Reuters" İraq Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hərbçilər aviasiyanın köməkliyi ilə müvafiq məlumatın olduğu vərəqlər yayaraq, yerli sakinləri şəhəri tərk etməli olduqları barədə xəbərdar ediblər. Yaşayış məntəqəsini tərk etmək üçün yerli sakinlərə 72 saat vaxt verilib.

 "Bu o deməkdir ki, yaxın vaxtlarda şəhər mərkəzinin azad edilməsi üzrə irimiqyaslı hərbi əməliyyatlara başlanacaq", – deyə mənbə bildirib.

Ramadi hazırda "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) nəzarəti altındadır. Yaşayış məntəqəsi 2015-ci ilin mayında işğal olunub.

Modern.az   


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI