İtaliyalı Karlo Ançelotti Münhenin “Bavariya” klubunun baş məşqçisi Xosep Qvardiolanın yerinə təyin ediləcək. Modern.az bildirir ki, bu barədə komandanın rəsmi saytında məlumat verilib.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, alman klubu Qvardiolaya müqaviləsini uzatmağı təklif etsə də, o, mövsümün sonunda komandanı tərk etmək qərarı verdiyini deyib. 17 turdan sonra “Bavariya” 46 xalla turnir cədvəlinə başçılıq edir.56 yaşlı Ançelotti bundan əvvəl “Yuventus”, “Milan”, “Çelsi”, PSJ və “Real” kimi klubların baş məşqçisi işləyib. O, məşqçi kimi İtaliya, İngiltərə və Fransa çempionatlarının, eləcə də 3 dəfə Çempionlar Liqasının qalibi olub.
Qvardiola “Bavariya”ya 2013-cü ildən rəhbərlik edir. Klub onunla Almaniya çempionatında, ölkə Kubokunda və Superkubokda qalib gəlib.
Modern.az