Qənirə Ataşovaya qarşı aparılan lağlağı kampaniyasının səbəbini anlaya bilmədim. İngiliscə tələffüzü peşəkarlıqdan uzaq olsa da, sual kifayət qədər ümumi məzmunu ilə aydın idi və Departament sözcüsü bilərəkdən bu manevrdən istifadə edərək suala cavabdan yayındı.
Bir amerikalının istənilən ingilis dilində çətin tələffüz edən jurnalistə bu cür irad bildirməsi mümkündür. Burada əslində Departamentin sözcüsü tərəfindən azərbaycanlı jurnalistə qarşı dil avantajı kllanılaraq qeyri-etik davranış baş verdi.
Əlbəttə, bu cür auditoriyalarda səlis danışıq qabiliyyəti olan şəxslərin yer alması daha doğru olardı, ancaq bu xanımın məsxərəyə qoyulmağa adekvat olan bir davranışını həqiqətən görmürəm.
Adam şəxsi maraqları ilə bağlı sual verməyib ki? ABŞ-lı həmsədrin separatçı rejimin üzdəniraq rəhbərinin quyruğuna düşüb Departamentdə görüş keçirməsini diqqət mərkəzinə gətirib.
Qənirə xanımın gücü çatdığı, dili mənimsədiyi qədər vətənpərvər addım atmaq niyyətinin bu formada məsxərəyə qoyulması üzücüdür və fikrimcə ədalətli deyil.