Hər il dünyanın tanınmış futbolçuları arasından seçilən bir futbolçu “Qızıl top” mükafatına layiq görülür.
Modern.az xarici mediaya istinadən bildirir ki, təqdim edilən videoçarxda “Qızıl top” ala bilməyən 10 əfsanəvi futbolçunun adları sadalanır.
Həmin “onluq”dakılar bunlardır: hollandiyalı Denis Berkamp, italiyalılar Canluidji Buffon, Dino Dzoff, Paolo Maldini və Franko Barezi, ispaniyalı Xavi, Raul və Andres İnyesta, alman Oliver Kan və fransalı Tyerri Anri.2015-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin final “üçlüyü”nə “Barselon”nın hücumçuları Lionel Messi və Neymar, eləcə də Madridin “Real” klubunun lideri Kriştianu Ronaldu düşüblər.
Qalibin adı gələn il yanvarın 11-də Sürixdə elan ediləcək.