Argentinanın “River Pleyt” futbol klubunun azarkeşləri “Barselona”nın oyunçuları təhqir ediblər.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onlardan biri Tokio hava limanında hətta Kataloniya klubunun argentinalı hücumçusu Lionel Messinin üzünə tüpürüb.
İnsident “Barselona”nı klubu Yaponiyada keçirilən klublar arasında dünya çempionatından sonra İspaniyaya qayıdarkən hava limanında pasport qeydiyyatı zamanı baş verib. Situasiyaya “Barselona”nın baş məşqçisi Luis Enrike və Messinin bir neçə komanda yoldaşı müdaxilə edəndən sonra insident səngiyib.
Argentinalı fanatlar tərəfindən hücuma məruz qaldıqlarını “Barselona”nın müdafiəçisi Xavyer Maskerano da təsdiqləyib. Aqressiyalı azarkeşlər “River Pleyt”in yetirməsi olan argentinalını uğurlarına görə kimə minnətdar olmasını unutmaqda ittiham ediblər.
Dekabrın 20-də turnirin final oyununda “Barselona” “Piver Pleyta” 3:0 hesabı ilə qalib gələrək üçüncü dəfə dünya klub çempionatının qalibi olub. Messi həmin oyunda rqib qapısından bir top keçirib.
Modern.az