Modern.az

Blatter və Platini 8 il müddətinə futboldan uzaqlaşdırıldılar

Blatter və Platini 8 il müddətinə futboldan uzaqlaşdırıldılar

Dünya

21 Dekabr 2015, 13:08

FİFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın eks-prezidenti Mişel Platini futbol fəaliyyətindən 8 illiyə uzaqlaşdırılıblar. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, bu haqda Beynəlxalq Futbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, Platini 80 min İsveçrə frankı məbləğində cərimələnib.

Oktyabrın 8-də FİFA-nın etika komitəsi Platini və FİFA-nın keçmiş rəhbəri Yozef Blatterin, eləcə də baş katib Jerom Valkenin 90 gün müddətinə istənilən futbol fəaliyyətindən uzaqlaşdırılması haqda qərar qəbul edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI