Modern.az

Əsəd İrana Rusiya hərbi təyyarələrinin müşayiəti ilə gedəcək

Əsəd İrana Rusiya hərbi təyyarələrinin müşayiəti ilə gedəcək

Dünya

21 Dekabr 2015, 14:33


Dekabr ayının sonunda İranı ziyarət edəcəyi planlaşdırılan Suriyanın lideri Bəşər Əsədin təyyarəsinə dörd Rusiya döyüş təyyarəsinin müşayiət edəcəyi iddia edilib.

Modern.az xarici mediaya istinadən bildirir ki, Livanda nəşr olunan “Əl Diyar” qəzetinin xəbərinə görə, dekabr ayının sonunda Tehrana getməsi gözlənilən Bəşər Əsədin İraq hava sahəsindən keçişi əsnasında təyyarəsini, dörd ədəd Rusiya hərbi təyyarəsi qoruyacaq.

İddiaya görə, Rusiya hərbi təyyarələri yaxınlaşan xarici təyyarələrə qarşı atəş açma səlahiyyəti ilə təchiz ediləcək. Qəzet planlanan uçuş mövzusunda ABŞ liderliyindəki koalisiya qərargahının da məlumatlandırıldığını yazıb.

Əsəd Tehran ziyarəti ilə son 4 il içində ikinci dəfə xaricə çıxmış olacaq. Suriya lideri oktyabr ayında Moskvaya gedərək Vladimir Bütünlə görüşüb.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI