İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşlarının Bayrampaşada törədilən partlayışda şübhəli bilinən terrorçuları yaxalamaq üçün Qaziosmanpaşada keçirdiyi əməliyyat zamanı qarşıdurma baş verib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, qarşıdurmada 2 qadın terrorist ölüb, 4 polis isə yaralanıb.
Hüquq-mühafizə orqanları hadisəni törədən terrorçuların Qaziosmanpaşada Qaradəniz məhəlləsində yaşadıqlarını müəyyən edib.
Hüquq mühafizə orqanlarının səhərə yaxın binaya daxil olaraq gerçəkləşdirdikləri əməliyyat zamanı evdə olan terrorçular polislərə atəş açıblar. Təxminən yarım saat davam edən qarşıdurmada hələ də şəxsiyyəti məlum olmayan 2 qadın terrorçu məhv edilib, 4 polis əməkdaşı isə yaralanıb.
Qarşıdurma sonrası evə daxil olan terrorla mübarizə əməkdaşları içəridə istifadəyə hazır bomba, əl bombaları və müxtəlif silahlar aşkar ediblər.
Vüsalə QƏZƏNFƏRQIZI