Modern.az

9 ayda 809 min azərbaycanlı Rusiyaya gedib

9 ayda 809 min azərbaycanlı Rusiyaya gedib

İqtisadiyyat

22 Dekabr 2015, 14:24


Rusiya Statistika Komitəsi ölkəyə 2015-ci ildə turizm məqsədi ilə gələn və gedən əcnəbi vətəndaşlarla bağlı statistikanı açıqlayıb.

Modern.az komitənin rəsmi saytına istinadən xəbər verir ki, 2015-ci ilin 9 ayında Rusiyanı 20,7 milyona yaxın əcnəbi turist ziyarət edib. Bu, ötən illə müqayisədə 8 faiz çoxdur. Bununla yanaşı, Rusiyadan turizm məqsədi ilə xaricə gedənlər 2014-cü illə müqayisədə 20 faiz azalıb.

Azərbaycan vətəndaşları Rusiyaya turizm məqsədi ilə səfər edən ölkələr arasında 42-ci pillədə qərarlaşıb. Bu ilin 9 ayında 8 309 Azərbaycan vətəndaşı Rusiyaya səfər məqsədinin turizm olduğunu bildirib. Rusiyaya 9 ayda ən çox Çindən (583,617) 2-ci Almaniyadan (319,192), 3-cü ABŞ-dan (152,940), 4-cü Türkiyədən (115,776) və 5-ci İsraildən (103,901) turizm məqsədilə səfər edənlər olub.

Modern.az xəbər verir ki, bu ilin 9 ayında Rusiyaya səfər edənlər azərbaycanlıların da statistikası dərc olunan sənədlərdə təqdim edilib.  

2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya 802 839 nəfər giriş edib. 2014-cü illə müqayisədə (781 854) bu göstərici 3 faiz artıb.

Analoji dövrdə 494 096 Rusiya vətəndaşı Azərbaycana daxil olub. Statistika onu göstərir ki, 2015-ci ilin 9 ayında Rusiyadan Azərbaycana gələnlərin sayı 2014-cü illə (632 638) müqayisədə 22 faiz azalıb.   Ümumilikdə, Rusiyaya ən çox giriş edən Ukrayna (7,876,178), Qazaxıstan (4,217,655),  Özbəkistan (1,921,990), Polşa (1,331,932), Finlandiya (1,118,619), Çin (1,117,017), Tacikistan (990,833), Azərbaycan (802,839), Ermənistan (671,881) və Qırğızıstan (627,813) vətəndaşları olub.      

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama