Modern.az

“Peşəkar olmağı öyrən!” - VİDEO

“Peşəkar olmağı öyrən!” - VİDEO

23 Dekabr 2015, 11:15

 

Azərbaycanda bazar iqtisadiyyatı inkişaf etdikcə, bu inkişafa yardım edəcək işçi qüvvəsinə ehtiyac artır. Müasir dövrümüzdə gənclərin əmək bazarının ehtiyaclarına uyğun hazırlanması mühüm məsələlərdəndir.

Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi və kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir tipli pilot peşə təhsili kompleksləri yaradılır. İlk peşə-ixtisas təhsili müəssisələrinin peşəkar kompetensiyalara malik kadr potensialı və yeni texnologiyalara əsaslanan maddi-texniki bazası formalaşdırılır. Modern.az saytının “Təhsil” televiziyası ilə birgə hazırladığı “Təhsil gündəliyi”ndə “Peşəkar olmağı öyrən!” layihəsi üzrə 1 saylı Gəncə Peşə Liseyində tədris prosesinin gedişi ilə bağlı videoçarx hazırlanıb.

Qeyd edək ki, liseydə “Biçici”, “Tikiş avadanlığının operatoru, tikişçi”, “Dərzi”, “Bərbər, manikürçü”, “Avtomobilin təmiri çilingəri”, “Dülgər” peşələri üzrə kadrlar hazırlanır.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi