Hər xalqın özünəməxsus milli sənət nümunələri, milli sənətkarlıq səhələri var. Azərbyacan xalqına məxsus olan milli sənət və sənətkarlıq nümunələri də bu gün ölkəmizlə yanaşı, dünyanın bir çox ölkələrinin sərgi salonlarında və mədəniyyət saraylarında sərgilənir.
Muzey Mərkəzində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xalq sənətkarlarının respublika interaktiv sərgisi” adı altı tədbir keçirilib. Sərginin təşkilində məqsəd milli sənət nümunələrimizin təlbliği, qədimlərdən bizə yadigar qalan və unudulmaqda olan sənətkarlıq sahələrinin yaddaşlardan silinməməsiydi.
Modern.az saytı xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən keçirilib.
Sərginin açılış mərasimində çıxış edən qonaqlar onun əhəmiyyətindən danışıblar. Mərasimdə uşaqlar milli rəqs, oyun kompozisiyaları təqdim ediblər.
Tədbirdə kətan üzərində yağlı boyayla işlənmiş rəsm əsərləri, rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika, ağac üzərində oyma, təkəlduz, şəbəkə, vitraj və digər təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin müəllifləri fərxi fərmanla və diplomlarla təltif ediliblər.
Rəsmi hissə başa çatdıqdan sonra sərgi açıq elan olunaraq oradakı sənət incilərindən zövq və həzz almaq üçün gələn qonaqların ixtiyarına verilib.
Sərgi salonundan təqdim olunan sənət incilərinin fonunda korifey muğam ustadlarımızın musiqi parçaları qonaqlarda xoş əhval-ruhiyyə yaratmışdı.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev bizimlə söhbətdə bildirdi ki, 40-dan artıq şəhər və rayondan olan sənətkarların yaratdıqları sənət inciləri nümayiş olunur.
“Bizim bu sərgini keçirtməkdə əsas məqsədimiz artıq unudlmaqda olan milli sənətkarlıq sahələrini yaşatnaq və tanıtmaqdır. Bizim mərkəzimiz belə tədbiri ilk dəfədir keçirir. Bu kimi tədbirlərin keçirilməsinə böyük zərurət var. Bəzi sənətkarlar ilk dəfədir ki, öz əsərlərini sərgiləyir. İllərini, günlərini öz əl işlərinə həsr edən həmin insanlar çox sevincidirlər”.
Sərgiyə metal işləmələrlə, xüsusən də silahsazlıq sənəti ilə qatılan gəncəli Mübariz Əkbərov uzun illərdir bu snənətkarlıq sahəsi ilə sevə-sevə məşğul olduğunu söylədi: “Uzun illərdir ki, xalqımızın bu nadir sənət sahəsini yaşatdıram. Həqiqiətən də bu işi sevərək yerinə yetiririəm. Elə ona görə də əl işlərimi çox dəyərli və qiymətsiz hesab edirəm.
Mənim hazırladığım əl işləri, sənət inciləri Almaniya, Fransa, İngiltərə, Rusiya, Türkiyə kimi ölkələrdə fərdi sərgilərdə nümayiş olunub və eləcə də master-klassları təşkil olunub.
İşlədiyim sənət əsərləri içərisində Həzrət Əlinin əfsanəvi Zülfüqar qılıncı da var. Əsərlərim müasir dövrümüzdə çəkilən tarixi filmlərdə də istifadə olunub”.
Sərgidə öz əl işləri ilə iştirak edən Elnurə və Aygün İsgəndərova bacılarının da sənət inciləri nümayiş olunub. Onlar Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində ənənəvi xalq tətbiqi sənəti nümunələrinin yaradılması ilə peşəkarcasına məşğul olurlar. Bacılar şəbəkə texnikasında zərif məmulatın - süfrə, salfet, yaylıq, şal toxunması sahələrində püxtələşiblər. Həyatlarını məşğul olduqları milli sənət sahəsi olmadan təsəvvür edə bilmədiklərini söyləyən Elnurə və Aygün İsgəndərova bacıları bu işlərində zövq aldıqlaırını bildirdilər: “Həyatımızı yaradıcılıq olmadan təsəvvür edə bilmərik. Uzun illərdir ki, şəbəkə hörməklə məşğuluq və bu sənətlə məşğul olmaqdan zövq aılırıq. Daim işləyib peşəkarlığımızı artırmağa çalışırıq. Həm özümüzün, həm də yaradıcı dostlarımızın bu janrda işlədikləri nümunələrdən ibarət sərgi təşkil etmək istəyirik”.
Dekabr ayının 24-ə qədər davam edəcək sərgidə Bakını, habelə respublikanın 40 rayon və şəhərini təmsil edən 150 müəllifin 700-dən çox əsəri nümayiş olunur.
Ağa Akifoğlu