“Rusiya təyyarəsinə görə hökuməti tənqid etmişik”
Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş Moskvada xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüş zamanı Türkiyəni tənqid edib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, kürd siyasətçi Türkiyənin Rusiya təyyarəsini vurmamalı olduğunu deyib.
“Biz müxalifət partiyası kimi qonşu dövlətlə münasibətləri pozacaq mövqedə durmayacayıq. Rusiya təyyarəsi vurulan zaman hökuməti açıq şəkildə tənqid etmişik”.
Səlahəddin Dəmirtaş Rusiya ilə münasibətlərə böyük önəm verdiklərini və Yaxın Şərqdə baş verənlər fonunda bu aviasiya insidentinin təəssüflə qarşılandığını deyib.
Vüqar İsmayılov