Modern.az

ABŞ-ın 60 il əvvəlki qorxunc planı AÇIQLANDI

ABŞ-ın 60 il əvvəlki qorxunc planı AÇIQLANDI

Dünya

23 Dekabr 2015, 14:14

 

ABŞ-ın Milli Sənədlər və Arxivlər İdarəsi ölkənin 1956-cı ildə SSRİ ilə mümkün müharibə zamanı tərtib etdiyi nüvə hədəflərini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nüvə silahının tətbiq olunması ilə bağlı araşdırma” adlı sənəd 800 səhifədən ibarətdir.  

Sənəddə Amerikanın yalnız SSRİ ilə kifayətlənmədiyi və Çinlə Şərqi Avropa ölkələrini də hədəfə aldığı görünür. Vaşinqton nüvə müharibəsi başladığı halda Moskvada 179, Leninqradda isə 145 obyekti hədəfə almağı planlaşdırırdı.  

Amerikalı siyasətçi Meytu Makkenzi iddia edirdi ki, 1956-cı il üçün ölkəsinin nüvə arsenalı SSRİ-dən 10 dəfə çox idi.

Tarixçi Aleks Uellerstayn isə deyib ki,  amerikalılar müharibə zamanı təyyarələrlə iri sovet şəhərlərini bombalamğı planlaşdırırdı və kommunistlərin ruh yüksəkliyini heçə endirmək üçün mülki əhali arasında itkilərə də yer verirdi.    

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI