Modern.az

Bakıdakı valyutadəyişmə məntəqələri dollar satmaq istəmirlər - REPORTAJ

Bakıdakı valyutadəyişmə məntəqələri dollar satmaq istəmirlər - REPORTAJ

İqtisadiyyat

23 Dekabr 2015, 16:36

Manatın dollar və avro qarşısında 50% ucuzlaşmasından sonra Bakıdakı valyutadəyişmə məntəqələrinin bir çoxunda nəğd dollar alış-satışı dayandırılıb. Modern.az saytının əməkdaşı Bakını bir neçə yerində valyuta alış-satış məntəqəsinə baş çəkib.

Müşahidələrimiz zamanı məlum oldu ki, valyutadəyişmə məntəqələrinin bəziləri fəaliyyətinə fasilə verib, qapılarını bağlayıb. “Gənclik” metrostansiyası yaxınlığında, Həsən Əliyev küçəsində yerləşən valyutadəyişmə məntəqələrini bağlamışdılar.

Bir neçə bank filialına da baş çəkdik. Əksəriyyəti dollar satışını demək olar ki, dayandırmışdılar. "AG Bank"ın işçiləri dollar satışının dayandırılmasını bu bankın filiallarında ABŞ valyutasının olmaması ilə əlaqələndirdilər.
“TuranBank”da 1 nəfər üçün 1000 dollardan artıq verə bilmədiklərini qeyd etdilər.

“NBCbank”da isə dollar satışı dayandırılmışdı.

Müşahidələrimiz zamanı məlum oldu ki, bəzi banklar vəziyyətdən sui-istifadə edərək, dolların alış-satışı arasında ciddi fərq yaradıblar. Bugünkü mənzərəyə görə, Azərbaycan vətəndaşı hər 100 dollara görə 6 manat itirir...



Emil Rasim

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama