Modern.az

Akademiyada yeni təyinatlar olub

Akademiyada yeni təyinatlar olub

23 Dekabr 2015, 18:22


Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında bir sıra vacib qərarlar qəbul edilib.

Modern.az Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki,  iclasda AMEA Şamaxı Astrofizika Rəsədxanasının strukturunda qismən dəyişikliklər edilərək “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin yaradılıb.

Rəsədxananın “Günəş fizikası” və “Günəş-Yer əlaqələri fizikası” şöbələri isə birləşdirilərək “Günəş və Günəş-Yer əlaqələri fizikası” adlandırılıb.

Bundan başqa, iclasda bir sıra kadr məsələləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə təsdiqlənib. Biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev isə müvəqqəti AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifəsini müvəqqəti icra edəcək.

AMEA Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.  

İclasda həmçinin iclasda yeni komissiyanın  yaradılması və Terminologiya Komissiyasının yeni tərkibinin təsdiqi haqqında qərar qəbul edilib.

Terminologiya Komissiyasının yeni tərkibi müzakirəyə çıxarılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Termino­logiya Komissiyasının yeni tərkibinin təsdiq olunması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Ka­bi­ne­tinin 8 dekabr 2015-ci il tarixli Sərəncamını xatırladaraq sənədin icrasından irəli gələn vəzifələrdən danışıb. İclasda sərəncamın icrasını təmin etmək məqsədilə Rəyasət Heyəti qərar qəbul edib.

Rəyasət Heyətinin digər qərarına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 dekabr 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı ləğvetmə komissiyası yaradılıb.

Elmin NURİ    
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü