Modern.az

Gürcüstanın Baş naziri istefa verib

 Gürcüstanın Baş naziri istefa verib

Dünya

23 Dekabr 2015, 20:39

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib. Modern.az saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib.

Gürcüstan Konstitusiyasına əsasən, Baş nazir istefa verərsə, hökumətin bütün tərkibi avtomatik olaraq səlahiyyətlərini dayandırır və vəzifəsini icra edən statusunda olur.

Baş nazir postuna xarici işlər naziri Georgi Kvirikaşvilinin təyin ediləcəyi gözlənilir.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI