Modern.az

İqtisadçıdan ticarətçilərə MÜRACİƏT: “Fürsətcil olmayın, qiymətləri qaldırmayın!”

İqtisadçıdan ticarətçilərə MÜRACİƏT: “Fürsətcil olmayın, qiymətləri qaldırmayın!”

İqtisadiyyat

24 Dekabr 2015, 11:38

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu ticarətçilərə və sahibkarlara müraciət edərəkŞ onları fürsətcil olmamağa çağırıb.

Modern.az saytının verdiyi xəbərə görə, iqtisadçı ötən bir ayda Ukraynada və Qırğızıstanda təşkil olunan beynəlxalq konfranslara qatıldığını qeyd edib: “Bu mənim hər iki ölkəyə son 1 ildə növbəti səfərim idi. İlk diqqətimi cəlb edən ötən müddətdə Ukraynada qrivnanın və Qırğızıstanda somun dollara nisbətən 2 dəfəyə qədər dəyərsizləşməsi oldu. Amma sonrakı müşahidələrim göstərdi ki, həmin ölkələrdə, xüsusilə də ərzağın qiymətləri ciddi bahalaşmayıb. Məsələn, Kiyevdə və Bişkekdə kafelərdə tam paketli günorta yeməyi 1,5-3 dollar arasında dəyişir”.

Mağazalarda ərzaq məhsullarının qiymətinə gəlincə, Qubad İbadoğlu bildirib ki, onlar Bakı ilə müqayisədə 2,5-3 dəfəyədək ucuzdur:

“Düşünürəm ki, Bakıda müşahidə olunan bahalaşmada süni qiymət artımının rolu böyükdür. Sanki iş adamları belə həssas dövrlərdə daha çox qazanmaq fürsətini əldən vermək istəmirlər. Manatın dəyərsizləşməsinin əsasən birbaşa idxal qiymətlərinə təsir göstərməsinə baxmayaraq, onunla bərabər yerli məhsulların da qiyməti eyni sürətlə bahalaşır. Mən bazarların qarşılıqlı əlaqəsi qanununun təsirini inkar etmək, bəzi yerli məhsulların istehsalında idxal xammalın rolunu nəzərdən qaçırmaq niyyətində deyiləm, amma orta hesabla 50 faiz bahalaşma o deməkdir ki, bəzi ticarətçilər əvvəlki devalvasiyanın xərclərini də indiki ilə birlikdə hesablayaraq istehlakçılara yükləyirlər.

Odur ki, ticarətçilərə və sahibkarlara müraciət edirəm ki, fürsətçilik edib xərclərin gözlənilən artımının iki qatını bəri başdan hesablayıb, onu qiymətdə maddiləşdirməsinlər. Unutmayın ki, bununla qısa müddətli dövrdə qazanc əldə etsəniz də, orta və uzun müddətli dövrdə alıcılıq qabiliyyətinin aşağı düşməsinin əsas ağrısını siz çəkəcəksiniz. 
Hökumətə isə tövsiyəm odur ki, qeyri-elastik məhsulların (çörək və digər əvəz edilə bilməyən ərzaq malları) əmtəə bazarında qiymətinin formalaşması üçün rəqabətli mühit yaratsınlar və süni qiymət artımına nəzarəti gücləndirsinlər”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama