Modern.az

Jurnalistlər üçün tikilən 2-ci binanın təhvil veriləcəyi vaxt açıqlandı

Jurnalistlər üçün tikilən 2-ci binanın təhvil veriləcəyi vaxt açıqlandı

Media

24 Dekabr 2015, 12:59

"Jurnalistlər üçün tikilən ikinci binanın tikintisi gələn ilin sonlarında yekunlaşacaq". Bunu "Report"a açıqlamasında KİVDF-nin sədri Vüqar Səfərli bildirib.

Onun sözlərinə görə, ikinci bina jurnalistlərə gələn ilin dekabr ayında təqdim ediləcək:  

"Prezidentimiz dünyanın heç bir yerində analoqu olmayan addım atdı. 2013-cü ildə Prezidentin sərəncamı əsasında biz bu binanın təməlini qoyduq. Birinci binada 156 jurnalistə mənzil təqdim edildi. Bu gün də gördüyünüz kimi artıq onların mənzilləri üçün sənədlər təqdim edilir. Bunun məhz prezidentin ad gününə təsadüf etməsi isə bizim üçün daha da xoş oldu".

Qeyd edək ki, bu gün Bakıda jurnalistlər üçün inşa edilən 1-ci yaşayış binasında mənzil sahibi olan 100-dən çox sakinə dövlət reyestrindən çıxarışlar təqdim edib. Mərasim Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində jurnalistlər üçün inşa edilən binanın həyətində baş tutub. İlk sənəd "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə təqdim olunub.

Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli iştirak edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi