Rusiyanın baş naziri Dmitri Medvedev ölkədə fəaliyyət göstərən bəzi şirkətlərə Türkiyə vətəndaşlarını işə götürməyə icazə verən sənəd imzalayıb.
Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Medvedev buna vilayət rəhbərlərinin və iş adamlarının təklifindən sonra qərar verdiyini deyib.
Onun sözlərinə görə, siyahısı hazırlanan şirkətlər 2016-cı ildə də Türkiyə vətəndaşlarını işə götürə biləcəklər.Su-24 təyyarəsinin vurulmasına cavab olaraq Moskva Türkiyə vətəndaşalrının 2016-cı il 1 yanvardan etibarən Rusiya ərazisində işləməsini qadağan edən qanun qəbul edib.
Vüqar İsmayıəlov