Modern.az

Ərəb ölkələri Türkiyədən qoşunlarını İraqdan çıxarmağı tələb edib

 Ərəb ölkələri Türkiyədən qoşunlarını İraqdan çıxarmağı tələb edib

24 Dekabr 2015, 22:44


Ərəb Dövlətləri Liqası (ƏDL) Misirdə quruma üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar görüşünü keçirib. Modern.az  "Reuters"ə istinadən xəbər verir ki, danışıqların yekununda təşkilat Türkiyədən qoşunlarını dərhal İraqdan çıxarmağı tələb edib.

Bağdad ƏDL-dən iki həftə əvvəl bu məsələyə baxmağı xahiş edib. İraq hakimiyyəti, həmçinin BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət ünvanlayıb.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hərbçiləri İraq könüllülərinə terrorçularla mübarizə aparmaq üçün təlim keçir.

Modern.az

                   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu