Meksikanın Mexiko ştatında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Modern.az saytı xəbər verir ki, hadisə təqribən 80 avtomobilin iştirakı ilə ölkə paytaxtı Mexiko ətrafından keçən ödənişli yollardan birində baş verib.
Hadisə nəticəsində 9 nəfər dünyasını dəyişib. Hadisədən ümumi zərərçəkənlərin dəqiq sayı isə hələ ki, məlum deyil. Ağır xəsarət alanların təxliyəsinə vertolyot cəlb olunub.
Modern.az