İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması İraqın Ər-Ramadi şəhərinin sakinləri olan keçmiş 50 silahdaşını edam edib.
Modern.az xarici mediaya istinadən bildirir ki, bu, ekstremistlərin öz silah yoldaşlarını edam etdiyi ilk fakt deyil. Bundan əvvəl İŞİD-çilər döyüş meydanının tərk etdiklərinə və fərariliyə görə ən ağır cəzaya məhkum ediliblər.
Kütləvi informasiya vasitələrindəki məlumatlara görə, bu dəfə yaraqlılar Ər-Ramadidəki döyüşlər zamanı bellərinə partlayıcı kəmər bağlamaqdan imtinaya görə edam ediliblər.
Modern.az