Bir müddət öncə Müsavat Partiyasından mühacirətə gedənlərə saxta sənəd verilməsi ilə bağlı mətbuatda müxtəlif iddialar səsləndirildi.
İddialara əsasən, saxta sənəd verilən həmin insanlar mühacirətə getdikləri ölkələrdə oturum da alıblar.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Modern.az saytına məsələnin hərtərəfli araşdırılması üçün məhkəməyə müraciət etdiyini deyib.
Onun sözlərinə görə, saxta mühacirət vəsiqələrinin verilməsi iddiaları əsassızdır:
“Bunu təsdiq edəcək heç bir fakt yoxdur. İddialar araşdırılır, problemin obyektiv həll edilməsi üçün şəxsən özüm məhkəmə müraciət etmişəm.
Bu barədə danışmaq hələ ki tezdir. Gözləyək görək məhkəmə hansı qərarı verəcək ”.
Vüsalə QƏZƏNFƏRQIZI