Rusiyanın Təhsil Mərkəzi və İşbirliyi Dərnəyinin başçısı Rimma Rizayeva mətbuata verdiyi açıqlamada iki dövlət arasında yaşanan siyasi gərginliyin onların hər ikisinə ağır zərbə vurduğunu, çıxış yolu kimi isə münasibətlərin yenidən sabitləşməsinin vacibliyini söyləyib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, R.Rizayeva 250 mindən çox rusla türkün nikahda olduğunu bildirib. Onun sözlərinə görə, gələn il yaz və yay tətilində ən azı 1 milyon nədəe rus Türkiyəyə gəlməyə sadəcə məcburdu. Mərkəz sədri qeyd edib ki, Türkiyə ilə Rusiyanın arası soyuyandan sonra rus turistlərini cəlb etmək üçün İsrail və Yunanıstan tərəfi onları öz ölkələrinə müxtəlif təkliflərlə dəvət ediblər. Lakin şərtlər ağır olduğundan onlar yenə də Türkiyəni seçəcəklər.
Elmin NURİ