Myanmanın şimalında yerləşən Kaçin ştatında insan tələfatına səbəb olan torpaq sürüşməsi baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Xpakan şəhərində baş verən torpaq sürüşməsi yaxınlıqdakı nefrit mədəninin üzərini örtüb. Nəticədə mədəndə azı 50 nəfər ölüb, bir neçə nəfər isə itkin düşüb.
Məlumata görə, Myanmada yüksək keyfiyyətə malik nefritin 90%-i çıxarılır. Ölkə təkcə ötən il bu sahədə 31 milyard dollar gəlir əldə edib. Lakin əsas nefrit yaraqlarının yerləşdiyi Xpakan şəhərində əhali kasıblıq içindədir və elementar elektrik enerjisindən fasilələrlə istifadə edə bilir.
Vüqar İsmayılov