Qazaxıstanın baş naziri Kərim Məsimov internetdə barəsində ən çox danışılan şəxsə çevrilib.
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Məsimovun ev şəraitində amerikalı Lui Arsmtronqun məşhur “Wonderful World” şlyagerini ifa etdiyi anlar internetə düşüb.
Dövlət adamının ifası əksər istifadəçilər tərəfindən bəyənilib və Yotube-da ən çox baxılan videolar sırasına düşüb.