Azərbaycan Tacikistana humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında məlumat verilib.
Cari ilin dekabrın 7-də Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olmuş, infrastruktura ziyan dəyib.
Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan Respublikasının Hökuməti Azərbaycan Respublikasının Hökumətinə müraciət etmişdi.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.
Modern.az