Modern.az

Putinin “Yeni Sovetler Birliyi” təhlükəsi və Turançılar!

Putinin “Yeni Sovetler Birliyi” təhlükəsi və Turançılar!

26 Dekabr 2015, 18:14

Rusiya ilə Türkiyə arasında yaşanan gərginliyin fonunda, təxminən 25 il öncə Sovetlər Birliyindən ayrılaraq müstəqilliyini qazanmış Türk Cümhuriyyətləri (Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan) zor bir dönəmə qədəm qoymuşlar. Belə ki, Rus-Türk gərginliyi davam etdiyi bir dövrdə Türk dövlətlərində Rusçuların, Rusiyayanlıların fəallaşması birbaşa Kremlin nəzarəti və dəstəyi ilə baş verir. Türk dövlətlərinə imperiya duyğusuyla hələ də “özününkü” kimi yanaşan rəsmi Moskva, onun başçısı Vladimir Putin artıq ciddi bir həmləyə başlayıb. Putinin hədəfi Türk dövlətlərinin hökumətlərini bu və ya digər formada  tamamilə özündən asılı vəziyyətə düşürərək keçmiş Sovetlər Birliyinə yeni bir şəkil verməkdir. Bu zaman Rusiyanın “yeni Sovetlər Birliyi”, “Yeni SSRİ” ideyasını qarşı çıxan Türk dövlətlərində hakimiyyət dəyişikliyinin olması da gözlənilir. Başqa sözlə desək, əgər Türk Cümhuriyyəti dövlətlərindən hər hansı biri Rusiyanın “yeni Sovetlər Birliyi” ideyasına qarşı qoyarsa, o zaman rəsmi Moskva öncədən planlaşdırıdığı üzrə yetişdirdiyi kadrların əli və “xalqın dəstəyi” ilə həmin ölkədə çevriliş belə etməyə hazırıdır. Artıq rəsmi Moskvanın  neçə illərdir planladığı hədəfini 2016-cı ildə həyata keçirmək üçün hərəkətə keçməsi ilə bağlı bilgilər artmaqdadır.

Görünür, məhz bu təhlükənin yaxınlaşmasının nəticəsidir ki, Rusiya-Türkiyə gərginliyi dönəmində Türk dövlətləri tərəf tutumaqda ciddi tərəddüd yaşadılar. Məncə, ümumiyətlə Azərbaycan istisna olmaqla digər Türk Cümhuriyyətləri daha çox Rusiyaya meylililik nümayiş etdirdilər. Doğrudur, Qazaxıstan lideri Nursultan Nazarbayev Rusiya və Türkiyə arasında yaşanan krizdən daha çox təəssüfedici mövqeyini ortaya qoydu. Amma Nazarbayev onu da bildirdi ki, bu kriz əndişəvericidir.  Əslində Qazaxıstanı 25 ildir yönətən Nazarbayevin əndişələnməsi yalnız Rusiya və Türkiyə ilə bağlı deyil. O, belə bir durumda Qazaxıstanın sonucda kimin yanında yer alması, başqa sözlə bunun nəticəsi olaraq hakimiyyətinə son qoyula biləcəyi üçün əndişəlidir. Çünki bu gün Qazxıstan əhalisinin xeyli bir qismi rus və ya da rusdillidir. Belə bir durumda Qazaxıstanın siyasi-iqtisadi mütəfiqi olan Rusiyaya qarşı çıxması da, eyni zamanda Türk-Turan kimliyi ilə rusçuluğa qarşı dirəndiyi bir zamanda Türkiyəni gözardı etməsi də çox zordur.

Bundan dolayı Nazarbayev daha çox diplomatik əndişəsini dilə gətirdiyi bir zamanda, amma Qırığızıstanın lideri Arslanbek Atambayevin açıq şəkildə Türkiyənin Rusiyadan üzr istəməli olduğunu söyləməsi  acı bir həqiqətdir. Rusiya açıq şəkildə Türk dövlətlərini, onun başçılarını təhdid edir. Yəni örnəyi Atambayev  hakimiyyətdə qalmaq üçün ya Rusiyanı dəstəkləməlidir, ya da  rəsmi Moskva dövlət çevrilişi edərək Rusyanlı bir hakimiyyəti orada gerçəkləşdirəcək. Bunu Nazarbayev də, Atambayev də, Berdimehemmedov da və başqaları da yaxşı anlayırlar. Bu anlamda Nazarbayevlə müqayisədə siyasi-diplomatik təcrübəsinin az olduğu Atambayevi anlamaq çətin deyil. Amma hətta, Rusiyanın lehinə Türkiyənin əleyhinə səsləndirilmiş bu fikirin belə, Atambayevi nə qədər qoruyacağı bəlli deyil.

Türk dövlətləri arasında Rusiyanın təhdidinin artdığı ölkələr arasında Azərbaycan mühüm yer tutur. Çünki Türk dövlətləri arasında Türkiyəylə ən yaxın və qardaş olan dövlət Azərbaysan Respublikasıdır. Bunu, Rusiyayla Türkiyə arasında yaşanan son krizdə bir daha göstərdi. Yəni Azərbaycan bu olayda mümkün olduğu dərəcədə Türkiyənin yanında yer aldı. Şübhəsiz, Azərbaycanın bu cür mövqeyi Rusiyanı qətiyyən qane etmir. Ona görə də, son zamanlarda Azərbaycandakı rusçuların, o cümlədən eks-prezident Ayaz Mütəllibovun, deputat Araz Əlizadənin açıqlamaları, bəzi telekanalların Rusyanlı canfəşanlığı təsadüfdən çox, “Yeni Sovetlər Birliyi” ideyasından irəli gələn “zərurət”i ortaya qoyur.

Son illərdə Azərbaycanda antitürk düşüncəsinin inkişafı  istiqamətində ciddi işlər görən rəsmi Moskva rus hərbi qırıcısının Türkiyə tərəfindən düşürülməsindən sonra başlayan gərginliyin ardından rəsmi Bakıya təzyiqlərini artırmaqdadır.  Bu anlamda son zamanlar Nardaran hadisələrinin yenidən alovlandırılması fonunda Ayaz Mütəllibovun, Araz Əlizadənin və başqalarının rusyanlı fikirləri bütün Türklüyün, o cümlədən Azərbaycan türklüyünün vurulmasına yönəlmişdir. A.Mütəllibov, A.Əlizadə və onlar kimi rusyanlıların türklük əleyhinə fikirləri, özəlliklə Azərbaycan xalqının türk deyil “azəri” olmasıyla bağlı düşüncələri, eyni zamanda türklüyü aşağılayan ifadələrin işlədilməsi Azərbaycanı Rusiya və İranla yaxınlaşdırmaq, türklük və Türkiyədən uzaqlaşdırmaq niyyəti güdür.

Bu anlamda antitürkçülər “azəri”lik məsələsini gündəmə gətirməklə açıq şəkildə Azərbaycanı Türkiyə, digər Türk Cümhuriyyətləri ilə deyil, Rusiya və İranla bağlamağa çalışırlar. Yəni Azərbaycanın türklüklə, dolayısıyla da Türkiyəylə, digər Türk dövlətləriylə heç bir bağlılığı yoxdur deyənlər, bunun əvəzində “azəri”liyi irəli sürərək Azərbaycan xalqını Rusiyayla İrana bağlamağa çalışanlar açıq-aşkar müstəmləkəçilik siyasəti yürüdürlər. Deməli, Azərbaycanda “azəri” hərəkatıyla türklüyə qarşı çıxış gözlənilir. 100 il bundan öncə türkçüləri və turançıları qətlə yetirənlər, Sibirə sürgünlərə göndərənlər indi də eyni missiyanı yerinə yetirməyə hazırlaşırlar.

Bu anlamda, bizcə Rusiya hərəkətə keçər-keçməz ilk öncə, Türk dövlətlərindəki türkçüləri-turançıları hədəf alacaqdır. Çünki Türk Cümhuriyyətlərində milli və müstəqil dövlətdən yana olanalrın başında türkçülər-turançılar gəlir. Məhz turançılar daima Türk dövlətlərinin müstəqilliyi, eyni zamanda həmin müstəqil Türk Cümhuriyyətlərinin Türk Birliyinin gerçəkləşməsindən yana olmuşlar. Belə olduğu təqdirdə,Türk Cümhuriyyətləri açıq şəkildə “yüni Sovetlər Birliyi” çatısı altına düşürlərsə, ilk zərbəni turançılar,  türkçülər alacaqdır.

Çox yazıqlar olsun ki, müstəqillikıərindən keçən ötən 25 il ərzində Türk Cümhuriyyətləri həm içlərindəki “rus kommunist” düşüncəli yönəticilərdən qurtula bilməmələri, həm də Türkiyənin onlara istənilən səviyyədə dəstək verməmələrinin nəticəsi olaraq ən azı mənəvi-ideoloji anlamda ciddi sorunlardan qurtula bilmədilər. Özəlliklə, Turgut Özal və Süleyman Demirel kimi Türkiyə cumhurbaşkanlarının Türk dövlətləriylə münasibətdə bir çox hallarda yanlış yol tutması, Türk-Turan ruhlu insanlara deyil, “sovet-rus kommunist” başlılara, ya da sözdə türkçülük yapanlara dəstək verməsi bu günümüzün acı reallığıdır. Şübhəsiz ki, sözdə türkçülüyü yapanların bu gün gerçəkdə rusçuluq yapması daha doğaldır. Çünki sözdə türkçülük başqa, əməldə rusçuluq isə tamam başqa şeydir. Bu anlamda Türkiyə hökumətlərinin əsasən sözdə türkçü, əməldə isə rusçu olanlara dəstək verməsinin sonucunu bilməliydilər.



Xüsusilə də, Türkiyədə 14 ildir hakimiyyət sürən AKP hökumətinin bir tərəfdən Türk Cümhuriyyətlərində sözdə türkçülüyü dəstəklədiyi halda, amma gerçək olaraq “Ərəb-İslam” sevdasına dayaq olması da türklüyü-turançılığın gəlişdirilməsinə əngəl oldu. Amma Türkiyənin bundan əldə etdiyi sonuc o oldu ki, Ərəb Liqası Türk əsgərlərinin İraqı tərk etməsi barədə qərar qəbul etdi. Yəni ərəblər 100 il əvvəl Osmanlıya arxadan vurduğu zərbəni,  bu dəfə də Türkiyəyə etdi. Üstəlik, Türk Cümhuriyyətlərindən də gözlənilən dəstək gəlmədi.

Üstəlik, bu arada Türkiyənin öz içində fəaliyyət göstərən HDP-nin həmsədrlərindən Səlahəddin Dəmirtaşın Rusiyaya olan rəsmi ziyarəti də türklüyə -turançılığa qarşı yönəlmiş addımlardan oldu. Dəmirtaşın Rusiyadan sonra İrana da səfər etməsi gözlənilə bilər. Çünki Türklüyün Türk Cümhuriyyətlərində vurulmasında Rusiya və İran bir yerdə hərəkət edir. Əgər Rusiya Türk Cümhuriyyətlərində açıq həmləyə keçərsə, bu zaman İranın da Güney Azərbaycandakı türkçülərə amansız divan tutacağı qaçılmazdır.

Gördüyümüz kimi, Türklük-Turançılıq yeni bir təhlükə qarşısındadır. Özü də Turançılığa qarşə yönəlmiş bu hərəkat böyük bir ərazidə, yəni az qala Alyaskadan Atlantik okeanına qədər bir bölgəni əhatə edir. Türkçülüyün ən çox təhlükə yaşadığı ölkələr arasında Türk Cümhuriyyətləri, Türkiyə, Rusiya Federasiyası, İran, İraq, Suriya, Çin, Türkiyə və başqaları vardır. Maraqlıdır ki, Türkiyə özünü müdafiə üçün yenə də Qərbə -NATO-ya üz tutmaq zorundadır. Amma Türkiyə cümhuriyyətlərinin belə bir şansı çox azdır, ya da yox dərəcəsindədir. Deməli, 100 il bundan əvvəl olduğu kimi, türkçülük zor bir dönəmə qədəm qoyur. Kimlərin bu zor dönəmdən şərəflə çıxacağı zamanla bəlli olacaqdır.

Şübhəsiz, bizlər üçün türküçülk-turançılıq bir dünyagörüşü, inanc, fəlsəfədir. Bizlər, heç zaman turançılıq üzərindən siyasət yapmadıq, yapmayacağıq da. Çünki Türklüyümüz inancımız olduğu qədər də, Türk dövlətlərinin müstəqilliyini sonunadək qorumaq da boyunumuzun borcudur. Türk Vətənimizi, Türk dövlətimizi nə olursa olsun son damla qanımızadək, son nəfəsimizədək müdafiə edəcək, onun ugrunda ya şəhid, ya da qazi olacağıq! Bizim bir sifətimiz, bir üzümüz, bir yolumuz, bir inancımız var: müstəqil Türk dövləti, Türklük, Turançılıq!!! Türk dediyiniz nə Rusiyanın, nə Ərəb dövlətlərinin, nə Qərb dövlətlərinin yanında deyil, öz soydaşlarının yanında, öz inancdaşlarının yanında, öz Turandaşlarının yanında yer almalıdır.

Bəlkə, bu gün yazdıqlarımız üçün sabah, birisigün dar ağacından asılacağıq! Necə ki, atalarımız dəfələrlə bunu yaşadılar, amma yollarından dönmədilər, bizlər də yolumuzdan dönməyəcəyik!! Çünki Turan yolu Türkün, Tanrıçıların yoludur!!! Hər kəs, hər millət öz yolunda, öz inancında şəhid və ya qazi olmalıdır!!!

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu