İranda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyi qeydiyyata alınanların sayı rekord həddə - 12 minə yaxın olub. Modern.az xarici mediaya istinadən bildirir ki, deputatlığa namizədlərin 11 faizi qadınlardır.
2012-ci ildə keçirilən seçkilərdə qeydiyyata alınan 5405 namizədlərdən 3323 nəfəri səsverməyə buraxılıb. Seçkinin nəticələrinə görə, 9 qadın deputat seçilmişdi.
İranın qanunvericilik orqanına seçkilər 2016-cı il fevralın 26-da keçiriləcək. Yeni parlamentdə 290 deputat olacaq və onlar 4 il səlahiyyətlərini icra edəcəklər.
Modern.az