Modern.az

Bakıda yaşayış binası yandı: 30 sakin təxliyyə olundu

Bakıda yaşayış binası yandı: 30 sakin təxliyyə olundu

27 Dekabr 2015, 11:17



Ötən gecə Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanıb.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü