Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu yanvarın 2-də keçiriləcək.
Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda prezidentin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Toomas Sildam məlumat verib.
Onun sözlərinə görə, nikah mərasimi qarşılıqlı razılaşma əsasında dar çərçivədə baş tutacaq. Mərasim Estoniyada keçiriləcək.Dekabrın əvvəlində məlum olub ki, bu ilin yazında arvadı Evelindən ayrılan İlves latviyalı Kuptse ilə nişanlanıb.
Latviya KİV-nin məlumatına görə, İeva Kuptse 1997-ci ildə Latviyanın Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 2005-ci ildə NATO sammitinin təşkilatçılığı ilə məşğul olub.
O, Estoniya prezidenti ilə 2003-cü ildə Brüsseldə, İlves Avropa Parlamentinin deputatı olanda tanış olublar. Kuptse həmin vaxt Avropa qanunvericilik orqanının əməkdaşı olub.
O, əvvəllər ərdə olmasa da, iki uşağı var. Estoniya prezidenti Toomas Hendrik İlves v onun həyat yoldaşı Evelin İlves aprelin 30-da 2004-cü ildə bağlanan nikahlarını rəsmən pozublar.