Modern.az

“Taliban” liderinin Putinlə görüşü təkzib edildi

“Taliban” liderinin Putinlə görüşü təkzib edildi

29 Dekabr 2015, 10:20



“Taliban” hərəkatı öz liderinin Rusiyanın prezidenti Vladimir Putinlə görüşməsi barədə yayılan xəbərləri təkzib edib. Modern.az bildirir ki, hərəkat rəsmi təkziblə İngiltərənin “The Sunday Times” qəzetində çıxış edib.

Qəzet iddia edirdi ki, Akhtar Mansur bu ilin sentyabr ayında Rusiyanın dövlət başçısı ilə Tacikistandakı hərbi bazada görüşüb. Onların burada guya Rusiya tərəfindən dəstəklənməsi məsələsini müzakirə etdiyi iddia olunurdu.

Ancaq “Taliban”ın rəsmi müraciətində qeyd edilir ki, hərəkatın heç bir yardıma ehtiyacı yoxdur və bununla bağlı heç kimlə əlaqə yaradılmayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu