Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kemerovo vilayəti üzrə idarəsi 26 yaşlı azərbaycanlı xanım barədə cinayət işi açıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kemerovo şəhər sakini olan azərbaycanlı qadın 25 yaşlı Prokopyevsk şəhər sakini ilə birlikdə Suriyaya gedərək İŞİD sıralarına qatılıblar.Hər 2 qadın internet vasitəsilə Kemerovo sakinlərini qruplaşmaya dəvət etməkdə davam edirlər.
Federal Təhlükəsizlik Xidməti hər 2 qadın barəsində “terrorizm” maddəsi ilə cinayət işi açıb. Qadınların Suriyada olduğunu nəzərə alan Rusiya istintaqçıları onları beynəlxalq axtarışa verməyə hazırlaşır.
Vüqar İsmayılov