İsrailin həbsdə olan keçmiş baş naziri Ehud Olmertin cəza müddəti 4 dəfə azaldılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qüdsün meri olarkən rüşvət aldığı üçün mühakimə edilən Olmert 6 il yerinə 1,5 il həbs cəzası çəkəcək.İsrailin Ali Məhkəməsi dekabrın 28-də Olmertin mer postunda olarkən 13 min dollar rüşvət aldığını sübut olunmuş saysa da, 115 min dollar rüşvət alması ilə bağlı digər bir iddianı geri çevirib.
Ehud Olmert cəzasını gələn il fevralın 15-dən çəkməyə başlayacaq.
Vüqar İsmayılov