Modern.az

Neft bahalaşmağa başlayıb

 Neft  bahalaşmağa başlayıb

29 Dekabr 2015, 20:44

 

Dünya birjalarında neftin qiymətində ani sıçrayış baş verib. Modern.az xəbər verir ki, dünya birjalarında neftin bareli 1 dollara yaxın bahalaşıb.

“Bloomberg"in məlumatına görə, dünya bazarında üstünlük təşkil edən Brent və Qərbi Texas markalı neftin bir barelinin dəyəri qəfil artmağa başlayıb.  

Artım son yarım saatda 1 dollara yaxındır. Səhər və günorta saatlarında 36,50 dollar ətrafında olan Brent markalı neftin bareli 37,65, ABŞ-ın Qərbi Texas markalı xam neftinin bareli isə 37,70 dollar civarındadır.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama