İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qarşı hərbi kampaniyada ABŞ ordusunu təmsil edən polkovnik Stiv Uorren beynəlxalq koalisiyanın aviasiyasının uğurları haqda danışıb. Modern.az xarici mediaya istinadən bildirir ki, polkovnik Stiv Uorren bir ay ərzində ABŞ-ın koalisiya ölkələri ilə birlikdə bombardmanları zamanı terror qruplaşmasının 10 liderinin məhv edildiyini vurğulayıb.
Onların arasında Parisdəki terror hücumlarına bağlılığı olan İŞİD lideri də var.
Uorren deyib ki, Fransa paytaxtına hücumda əlaqəsi olan terrorçu Abdul Hader Hakim olub və o, dekabrın 26-da İrqaın Mosul şəhərində məhv edilib.
Noyabrın 14-də gecə Parisin bir neçə rayonunda terror aktları baş verib. Nəticədə 129 nəfər həlak olub. Terror hücumlarına görə cavabdehliyi İŞİD öz üzərinə götürüb.
Modern.az