Modern.az

Davudoğlu Serbiya prezidentinə müraciət etdi

 Davudoğlu Serbiya prezidentinə müraciət etdi

30 Dekabr 2015, 00:33


Türkiyənin baş naziri Əhməd Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına kömək etməyə çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiya prezidentinin mətbuat-xidməti məlumat yayıb.

Məlumata görə, Türkiyənin baş naziri Tomislav Nikoliçə siyasi fikir ayrılıqlarının aradan qaldırılmasında yaxından iştirak etməyə çağırıb: “Davudoğlu Serbiya prezidenti Tomislav Nikoliçi Rusiya ilə mübahisədə kömək etməyə çağırıb və Türkiyə tərəfinin bu ölkə ilə normal münasibətlərinin olmasında maraqlı olduğunu bildirib. Prezident Nikoliç bununla məmnuniyyətlə razılaşıb”.

Xatırladaq ki, Türkiyənin noyabrın 24-də Suriya sərhədində Rusiyanın SU-24 təyyarəsinivurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib.  

Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib və Ankara ilə birgə layihələri dayandırıb.

Rusiya prezidenti Vladimir Putin dekabrın 28-də Türkiyəyə qarşı sanksiyaların genişləndirilməsi ilə bağlı fərman imzalayıb.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu