Şimali Koreyanın lideri Kim Çen Inın ən yaxın dostu və sadiq inqilabçı yoldaşı olaraq tanınan Kim Yan Qon avtomobil qəzasında həlak olub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Şimali Koreya ilə Cənubi Koreya arasında müzakirələrdə yüksək səviyyəli səlahiyyətli, Şimali Koreya İşçi Partiyasının katibi, 80 yaşlı Kim Yan Qon üçün dekabrın 31-də rəsmi bir cənazə mərasimi təşkil ediləcək. Mərasimə Kİn Çen Inın da qatılacağı bildirilir.
Kim Yan Qonun yerinə kimin keçəcəyi hələ bilinmir, digər tərəfdən Cənubi Koreyadan olan mütəxəssislər Kimin ölümünün ardından, iki ölkə arasındakı əlaqələrdə gərginliyin sürəcəyini istisna etmirlər.
Modern.az