Modern.az

Rusiyada bu şirkətləri Türkiyə vətəndaşı işlədə biləcəklər - SİYAHI

Rusiyada bu şirkətləri Türkiyə vətəndaşı işlədə biləcəklər - SİYAHI

Dünya

30 Dekabr 2015, 17:42



Rusiyada 2016-cı il yanvarın 1-dən etibarən Türkiyə vətəndaşı işlədə biləcək 53 şirkətin siyahısı açıqlanıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, icazə verilənlər arasında Rönesans Holdinq, IC İçtaş, BEKO və Renault kimi şirkətlər də var.

Rusiyanın baş naziri Dimitri Medvedevin təsdiqlədiyi siyahı ilə bağlı hökumətdən verilən açıqlamaya görə, Başqırdıstan, Krım, Tatarıstan, Krasnodar, Vladimir, Kaluqa, Moskva, Nijni- Novqorod, Samara və Tümen kimi bölgələrdə iş görən 53 şirkət Türkiyəyə tətbiq olunan sanksiyaların əhatəsi xaricində buraxılaraq, önümüzdəki il də Türkiyədən olan işçiləri işlədə bilmələrinə icazə verilib.

Həmin şirkətlər bunlardır.

“Denizbank” (Moskva), Prokons (Novoivanovskoe), İntibah İnşaat (Moskva və Sankt-Peterburq), AKOM (Samara), Almar Kaspian (Mahaçqala), Renault (Moskva), Krasnaya Polyana Ticarət Bölgəsi (Soçi), Amara (Tataristan), Ant Yapı (Moskva), ANTTEK (Moskva), BEKO (Vladimir), BOES İnşaat (Moskva), Vira (Sankt-Peterburq), VirKraft Mühəndislik (Moskva), Vitrə Təsisat və Vitrə Fayans (Moskva), Garant İnşaat (Krım), Gemont (Kazan), Delta İnşaat (Moskva), Delta Körpü İnşaat (Moskva), Alabuga (Tatarıstan), DizaynRus (Tatarıstan), EAE (Vladimir), Eurotek (Lipetsk), Kastamonu İnteqrə Taxta-şalban Sənayesi (Tatarıstan), Kiparis 2 (Krım), Marashstroy (Nijni-Novgorod), Polistroykapital (Kazan), Pro Akva (Moskva), RASEN International (Moskva), İntibah Ağır Sənaye (Sankt- Peterburq), RenServis (Sankt-Peterburq), RenStroydetal (Sankt-Peterburq), RosTurPlast (Moskva), RM Stroy (Tatarıstan), SGS (Moskva), Stroyplast (Kaluqa), Strategiya İnşaat (Volqoqrad), Trimorya (Moskva), Philip Morris (Moskva), Ford (Tatarıstan), Həyat Kimya (Tatarıstan), Energo-Stroy (Sankt-Peterburq), ESTA İnşaat (Moskva), And Quruluş Sənaye və Ticarət MMM. (Türkiyə-Moskva), ENKA İnşaat və Sənaye MMM. (Türkiyə-Moskva), Monart İnşaat Sənaye və Ticarət Şirkəti (Moskva), IC İçtaş İnşaat (Sankt-Peterburq), Yamata Sənaye Proyektlər İnşaat Təəhhüd və Ticarət MMM. (Volqoqrad, Tümen və Salehard bölgələri) və Pondera İnşaat Elektrik və Mexaniki İşləri Sənaye Ticarət Limited Şirkəti (Türkiyə-Başqısdıstan).

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu