Modern.az

Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub

Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub

30 Dekabr 2015, 23:18


Avropada ilin ən yaxşı gənc futbolçusunun kimliyi bəlli olub. Modern.az saytı Apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın tvitter hesabında keçirilən səsvermədə “Bayer Leverkuzen”in və Türkiyə milli komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu qalib gəlib.

Sorğuda iştirak etmiş izləyicilərin 58 faizinin səsini qazanmış 21 yaşlı futbolçu hamını qabaqlayıb. Sonrakı pillədə isə "Barselona"nın üzvü Serji Roberto qərarlaşıb. Serji 19 faiz səs toplayıb.   Səslərin 17 faizinə yiyələnmiş "Yuventus"un üzvü Kinqsli Koman 3-cü, Leroy Sane (Şalke) isə 6 faiz səslə 4-cü olub.

Qeyd edək ki, bu mövsüm ümumilikdə 27 oyunda meydana çıxan Çalhanoğlu 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu