Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib. Modern.az xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb. Məlumata görə, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb.
Çorum, Samsun, Sivas, Tokat, Kastamonu, Karabük, Hakkari, Bolu, Düzce, Karaman, Nevşehir, Yozqat, Erzerum, Giresun, Rize, Ordu, Sakarya, Samsun, Kocaeli vilayətlərində təhsil müəssisələri bir və ya iki gün işləməyəcək.
İstanbulda da bu gün məktəb və universitetlər fəaliyyət göstərməyəcək.
Modern.az