Modern.az

Bakıya qar yağıb

Bakıya qar yağıb

1 Yanvar 2016, 09:39



2016-cı ilin ilk günündə - yanvarın 1-də Bakıda və Abşeron yarımadasında qar yağıb.
Modern.az saytı xəbər verir ki, sulu qar və qar yağması bu dəqiqələrdə də davam etməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.

 
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!