Modern.az

Böhrandan çıxmağın yolları: “Bu, bizi gücləndirəcək bir siqnaldır” - Mütəxəssis MƏSLƏHƏTİ

Böhrandan çıxmağın yolları: “Bu, bizi gücləndirəcək bir siqnaldır” - Mütəxəssis MƏSLƏHƏTİ

1 Yanvar 2016, 10:23

Manatın dollara nisbətən kəskin şəkildə ucuzlaşması Azərbaycanda bir sıra problemlərə səbəb oldu. Qiymətlərin bahalaşması, iş yerlərindəki ixtisarlar cəmiyyətdə təşviş yaradıb. Cəmiyyətin böyük əksəriyyəti bayram ovqatını yaşamır. Hətta Yeni il simvolları olan şam ağacı, Şaxta baba və Qar qız da ötən ilə nisbətən az gözə dəyir. İldə bir dəfə qarşılanan Yeni il bayramının öz cazibəsini itirməsi insablar arasında pessimistlikdən xəbər verir.
NLP ustası, motivasiya mütəxəssisi Babək Bayramov Modern.az saytına verdiyi açıqlamasında bu nəşəsizliyin  çox ciddi məsələ olduğunu və onu aradan qaldırmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə insanlar hazırkı duruma fərqli baxış bucağı ilə yanaşmalı və bunu gələcəkdəki müsbətlər üçün yaşanılan müvəqqəti çətinlik kimi qəbul etməlidirlər:

“Hamımız eyni gəminin sərnişinləriyik və bu gəminin adı Azərbaycandır! Xalqımızın məzənnə dəyişikliyi ilə narahat olduğunu hamı kimi mən də anlayıram, hiss edirəm və yaşayıram! Bütün çətinliklərə baxmayaraq, biz birik və vətənimizi çox sevirik. Bizi böyüdən, təhsil verən və qoruyan bu vətənə olan borcumuzu heç nə ilə ödəyə bilmərik. Bəzən həyat bizi ağır imtahana çəkir, əlimizi hara atırıq, heç nə alınmır, ümidlərimiz suya düşür, yıxılırıq... Ancaq unutmaq lazım deyil ki, istənilən sıxıntı, əslində bizim dəyişməyimiz, özümüzü yenidən nizamlamağımız üçün bir  siqnaldır. Eynilə ağrı hissi kimi. Heç kim canının ağrımasını istəməsə də, ağrı hissini inkar edə bilmərik. Bir anlıq insanın kor bağırsağının partladığını və bunu hiss etmədiyini düşünmənizi istəyirəm. Əgər ağrı hiss etməsəydi ona vaxtında tibbi müdaxilə edib, həyatını qurtarmaq olardımı? Ağrı və qorxu olmasaydı bəşəriyyətin kökü tez bir zamanda Yer üzündən silinməzdimi? Bütün neqativ duyğular dəyişim siqnallarıdır! Həyatın bəzən bizi sınağa çəkməyə heç haqqı yoxdurmu?

Əgər çətinlikıər olmasaydı, inkişaf baş verərdimi? Mümkün deyil! Biz bir xalq olaraq birlikdə çox problemin öhdəsindən gəlmişik və inanıram ki, bu dövrləri də haçansa xatırlayıb düşünəyəcəyik. Əminəm ki, gələcəkdə dönüb geriyə baxdığımızda bu çətinliklərin bu dövrdə baş verməsinin bizim daha da güclənməyimiz üçün vasitə olduğuna inananlar da çox olacaq. Məşhur misalda deyildiyi kimi: Əgər bir  problem məni öldürmürsə, deməli gücləndirir!  Manatın məzənnəsinin dəyişməsi Azərbaycan hökumətinin iradəsi xaricində olan bir məsələdir, o cümlədən də xalqın. Bu qlobal bir məsələdir.

İndi yaradıcılığımızı və digər daxili resurslarımızı işə salaraq bu vəziyyəti necə tərsinə çevirə biləcəyimizi düşünə bilərik. Hər kəs öz həyatının məsuliyyətini əla alaraq, hədəflərində və planlarında elastik olarsa, nəticələr sürətlə dəyişilər. Bunun üçün olanlara deyil, nələr yarada biləcəyimizə köklənməyimizdə fayda var.  Biz fərq etməsək də, hər zaman, hər problemin 1-dən çox həlli olduğuna inanmalı və ətrafımızı bu istiqamətdə yönəltməliyik”.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama