Ermənistan prezidenti Serj Sərkisyan Yeni il bayramı ilə əlaqədar ön cəbhəyə gedərək, Azərbaycanla təmas xəttinədək gəlib.
Modern.az saytı xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Sərkisyanı bu səfərdə ölkənin müdafiə naziri Seyran Ohanyan müşayiət edib.
Serj Sərkisyan Azərbaycan sərhədlərinin şimal-qərb hissəsindəki (Qazax) mövqelərimizlə üzbəüz yerləşən erməni postlarına baş məkib, hərbçilərlə görüşüb, onların məişət şəraitilə tanış olub, əsgər və zabirlərlə süfrə arxasında yeyib-içib. Erməni prezident bəzi hərbçilərə hədiyyələr verib.
Sərkisyan həmçinin, sərhər bölgəsində yaşayan mülki erməni əhalisi ilə görüşərək, onlara təskinlik verib.
Modern.az