Modern.az

Bu gündən Azərbaycanda araq, pivə nağd pulla satılmayacaq

Bu gündən Azərbaycanda araq, pivə nağd pulla satılmayacaq

1 Yanvar 2016, 11:26


2016-cı il yanvarın 1-dən Azərbaycanda “Aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydaları” qüvvəyə minib.
 
Modern.az saytı xəbər verir ki, yeni qaydalara görə, bu gündən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd ödənilməsinə yol verilmir.

Bu tələbi pozanlar məsuliyyət daşıyır. Belə ki, Cinayət Məcəlləsinə əsasən tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda (50 manatdan 1000 manatadək) satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinə əsasən isə eyni əməllər külli miqdarda (1000 manatdan yuxarı) törədildikdə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
Qaydaya əsasən aksiz markaları ilə markalanmalı olan malların siyahısına  içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama