Azərbaycanda 2016-cı ilin ilk körpəsi Bakının Nizami rayonundakı 7 saylı doğum evində dünyaya gəlib.
Modern.az saytı ANS-ə istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Səidə Qəmbərova adlı ana qız uşağı dünyaya gətirib. Yanvarın 1-nə keçən gecə saat 01:15-də dünyaya gələn körpənin çəkisi 3.5 kq, boyu 53 sm-dir. Övladını təbii yolla dünyaya gətirən ananın vəziyyəti normaldır.
Bu, ailənin ikinci övladıdır