Modern.az

“Manatın devalvasiyası - Dolların bahalaşması” - 2015-ci ilin hadisəsi

“Manatın devalvasiyası - Dolların bahalaşması” - 2015-ci ilin hadisəsi

1 Yanvar 2016, 14:49

2015-ci ili başa vurduq. Yenicə geridə buraxdığımız il tarixə bir sıra səs-küylü hadisələrlə yazıldı. Həmin olaylar hər kəsin hafizəsində bir cür iz buraxdı.

Modern.az saytının ötən ayın 15-31 tarixləri aralığında keçirdiyi “Azərbaycanda baş vermiş hansı olay 2015-ci ilin hadisəsidir?” adlı sorğusu yenunlaşıb.

Sorğumuzda iştirak edən 2000-ə yaxın oxucu aşağıdakı hadisələrə səs veriblər.

1. Manatın devalvasiyası - Dolların bahalaşması
2. Bakının Binəqədi rayonunda çoxmərtəbəli binadakı dəhşətli yanğın
3. I Avropa Oyunları
4. “Beynəlxalq bank olayı” - Biznesmenlərin həbsi
5. “MTN işi” - Eldar Mahmudovun dəstəsinin ifşası
6. Parlament seçkiləri
7. Nardaran hadisələri
8. “Günəşli” yatağındakı qəza və ölüm-itim.

Sorğunun nəticələrinə görə, respondetlər “Manatın devalvasiyası - Dolların bahalaşması”nı (32% səs) 2015-ci ilin hadisəsi hesab ediblər.
“MTN işi” - Eldar Mahmudovun dəstəsinin ifşası”, “Günəşli” yatağındakı qəza və ölüm-itim”,  “I Avropa Oyunları” hadisələri ötən ilin sonrakı ciddi rezonans doğurmuş olayları hesab olunub.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama