Modern.az

Rusiyada hər 10 məmurdan biri ixtisara düşəcək

Rusiyada hər 10 məmurdan biri ixtisara düşəcək

1 Yanvar 2016, 16:19


Rusiyada hökumətin hər 10 dövlət məmurundan birinin ixtisara düşməsi ilə bağlı qərarı qüvvəyə minib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, sənədi ötən il dekabrın 11-də baş nazir Dmitri Medvedev imzalayıb.

Sənəddə mərkəzi aparat və federal nazirliklərin ərazi orqanlarının, federal xidmət və federal agentliklərin, Rusiya hökuməti və federal agentliyinin, federal nazirliklərin tabeliyindəki xidmətlərin mülki qulluqçularının sayının 10 faiz ixtisar edilməsi nəzərdə tutulur.

Bu, dövlət aparatının saxlanılması üçün büdcə xərclərinin azaldılması istiqamətində tədbirlərdən yalnız biridir. Dekabrın əvvəlində prezident Vladimir Putin özünün, hökumət rəhbərinin, baş prokurorun və İstintaq Komitəsi sədrinin  əmək haqlarının 10 faiz azaldılması ilə bağlı qərarın müddətini 2016-cı il üçün də uzadıb. Həmin sənədə görə, Prezident Administrasiyasında, Hesablama Palatasında və hökumətin aparatında qulluq edənlərin də əmək haqları 10 faiz kəsilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!